`Prezidentlər razılığa gəlib, 5 rayon azad olunacaq` - Novruz Məmmədov
18:57 22 İyun 2016
Rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb.
AzVision.az ANS TV-yə istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov danışıb.
Novruz Məmmədovun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub.
"Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibari ilə razılığa gəldilər" - deyə administrasiya rəhbərinin müavini bildirib.
Oxunub: 2619
Oxşar xəbərlər
- `Prezidentlərin Cenevrə görüşünün davamı gəlməlidir` - Sekuta
- `Prezidentlərin növbəti görüşündə ciddi addımlar atılacaq` - Həmsədr
- `Prezidentlərin görüşü hələlik dəqiqləşməyib` - Nalbandyan
- `Prezidentlər sülhün tərəfdarıdır` - Rusiyalı həmsədr
- `Prezidentlər görüşməyə özləri qərar verməlidirlər` - Nazir görüşdən danışdı
- `Prezidentlərin görüşü ümidvericidir` - Novruz Məmmədov
- `Prezidentlərin görüşü faydalı oldu` - Ermənistan XİN
- `Prezidentlərin görüşü müsbət addımdır` - Malena Mard